Modern.az

Azərbaycanda seçicilərin sayı AZALIB

Azərbaycanda seçicilərin sayı AZALIB

26 May 2023, 15:20

Azərbaycanda seçicilərin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

 

MSK sədri deyib ki, ölkədə səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var. Onların 3 milyon 005 min 121 nəfəri kişi (47,44%), 3 milyon 329 min 057 nəfəri isə qadındır (52,56%).

 

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) ötən il yaydığı məlumatda Azərbaycanda seçicilərin sayının 6 401 955 nəfər olduğu açıqlanmışdı. Onların 47,18 faizi kişi, 52,82 faizi isə qadınlar idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir