Modern.az

“Azərsu”dan vətəndaşlara xəbərdarlıq: Saat 21:00-a qədər…

“Azərsu”dan vətəndaşlara xəbərdarlıq: Saat 21:00-a qədər…

Aktual

26 May 2023, 15:56

"Sudan istifadədə qanunsuzluğun qarşısının alınmasına mane olan şəxslər üçün qanunvericilikdə cərimə və cəzalar nəzərdə tutulur". 

 

Modern.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin Hüquq departamentinin rəis müavini Nofəl Bağırzadə bu gün keçirilən brifinqdə deyib.

 

O qeyd edib ki, qurumun nümayəndəsi səhər saat 09-dan axşam saat 21:00-a qədər mənzilə daxil olub, su sayğaclarını yoxlaya bilər:

 

"Əgər qanunsuzluq aşkarlanırsa, digər saatlarda da bunun həyata keçirilməsi mümkündür. Vətəndaşla "Azərsu"nun müqaviləsinin olmaması ödənişdən boyun qaçırmağa əsas deyil. Bu ödəniş sudan istifadə üçün alınır, burada müqaviləyə ehtiyac yoxdur. İstifadə edilən suyun ödənişi vaxtında və tam edilməlidir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!