Modern.az

Ərdoğanın Azərbaycanla bağlı siyasətini dəstəkləyirəm - Sinan Oğan

Ərdoğanın Azərbaycanla bağlı siyasətini dəstəkləyirəm - Sinan Oğan

26 May 2023, 16:04

“Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla bağlı siyasətini hər zaman dəstəkləyəcəyik”. 

 

Modern.az xəbər verir ki, bunu Türkiyədə ATA ittifaqından prezidentliyə namizəd olmuş Sinan Oğan "CNN Türk"ə müsahibəsində deyib.  

 

“Ərdoğanın Azərbaycanla bağlı mövqeyi doğrudur və biz bunu dəstəkləyirik" - siyasətçi bildirib.

 

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədəki prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaların yalan olduğunu vurğulayıb.

 

“Türkiyəni buraxıblar, indi də Azərbaycana keçiblər. Belə şey ola bilməz. Biz öz iradəmizlə seçim edə bilmərikmi? Mütləq kiminsə zəng etməsimi lazımdır?” 

 

Bundan əlavə, S.Oğan Türkiyənin hazırkı dövlət başçısı, "Cümhur İttifaqı"nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğandan heç bir tələbinin olmadığını diqqətə çatdırıb.

 

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. Mayın 28-də keçiriləcək ikinci turda Ərdoğan və Kılıçdaroğlu yarışacaq. Qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.

 

Sinan Oğan seçkilərin ikinci turunda Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir