Modern.az

Yoluxan var, amma ölən yoxdur - COVID statistikası

Yoluxan var, amma ölən yoxdur - COVID statistikası

Aktual

26 May 2023, 16:28

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

İndiyədək ümumilikdə 831 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 442 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 88 nəfərdir.

 

Son sutka ərzində 659, hazırkı dövrədək isə 7 616 735 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!