"Azercell"in 4G şəbəkəsi Naxçıvanı əhatə etdi! 

Aktual

26 May 2023, 16:24

“Azercell Telekom” MMC şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə irimiqyaslı layihəsi çərçivəsində artıq Naxçıvan şəhərini də öz 4G əhatə dairəsinə daxil edib.

 

Modern.az xəbər verir ki, bu bölgədə aparılan işlər hazırda davam edir və 2023-cü il ərzində lider mobil operator Naxçıvan Muxtar Respublikasının bütün ərazisini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır.

 

Qeyd edək ki, 4G texnologiyasını dəstəkləməyən sim kart istifadəçiləri nömrələrini istənilən "Azercell" satış və ya xidmət mərkəzinə yaxınlaşaraq heç bir əlavə ödəniş etmədən yeni sim kart ilə dəyişə və üstündə 5GB həcmində yenilənməyən internet paket də hədiyyə ala bilərlər. Ətraflı məlumat üçün: 4G

 

Xatırladaq ki,  Azercell ötən ilin avqust ayından etibarən infrastrukturunu ölkə boyu genişləndirir və gücləndirir. Bu müddət ərzində şirkət ümumilikdə  126 yeni 4G baza stansiyasını quraşdırıb, 1200-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparıb. Yeni quraşdırılan və modernləşdirilən baza stansiyalar paytaxt Bakı və Abşeron ilə yanaşı, Azərbaycanın bölgələrini də əhatə edib. 

 

Mobil şəbəkə layihəsi çərçivəsində Azercell Azərbaycanda 300-dən çox yeni baza stansiyasını quraşdırmağı və 1600-ə yaxın mövcud baza stansiyasında təkmilləşdirmə işləri aparmağı planlaşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə prezident seçkisində son durum: İlk açıqlama gəldi