Modern.az

BQXK Xankəndiyə 16 yük maşını yardım APARIB

BQXK Xankəndiyə 16 yük maşını yardım APARIB

26 May 2023, 16:50

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın yolu ilə tibb müəssisələrinə dərman və gigiyenik vasitələr, humanitar yüklər, həmçinin humanitar fəaliyyəti davam etdirmək üçün ləvazimatlar çatdırıb.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

 

Bildirilib ki, may ayında 16 yük maşını humanitar məqsədli yük daşıyıb

 

"26 may tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tibbi ehtiyacları olan şəxslərin Laçın yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib. Bu gün biz humanitar neytral vasitəçi rolunda çıxış edərək, 15 nəfər xəstənin və onların ailə üzvlərinin təxliyə olmasına yardımçı olmuşuq", - açıqlamada qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir