Modern.az

Prezident sentyabrda Macarıstana gedəcək

Prezident sentyabrda Macarıstana gedəcək

Aktual

26 May 2023, 17:07

Azərbaycan Prezidenti İlham Əliyev sentyabr ayında Macarıstana səfər edəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Macarıstanın Prezidenti Katalin Novak Prezident İlham Əliyevə təbrik məktubunda qeyd edib. 

 

"Sizi əmin edə bilərəm ki, Macarıstan ölkələrimiz arasında əməkdaşlığın daha dinamik inkişafına sadiq qalır. Sentyabrda keçiriləcək beşinci Budapeşt Demoqrafik Zirvə toplantısına dəvətimə verdiyiniz cavaba və Azərbaycanın görüşdə yüksək səviyyədə təmsil olunacağını təsdiqlədiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm",- deyə məktubda qeyd edilir. 

 

Qeyd edək ki, Budapeşt Demoqrafik Zirvə toplantısında siyasətçilər və ekspertlər demoqrafik problemlər barədə müzakirələr aparır. İlk dəfə 2015-ci ildə baş tutan sammit iki ildən bir keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!