“Türk evi”nə hücumda şübhəli bilinən şəxs TUTULDU 

“Türk evi”nə hücumda şübhəli bilinən şəxs TUTULDU 

Aktual

26 May 2023, 19:19

ABŞ-ın Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücumda şübhəli bilinən şəxsin yeri aşkar edilib.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şübhəli şəxs artıq saxlanılıb.

 

Bundan əvvəl hücumda Türkiyənin Giresun bölgəsində qeydiyyatda olan və ölkədə sağlamlığa zərər vurma, hədələmə, eləcə də narkotik saxlama maddələri ilə məhkum olunmuş Rəcəb Akbıyıkın iştirak etdiyi müəyyən olunub.

 

Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi “Türk Evi”nin binası mayın 23-də hücuma məruz qalıb. BMT ilə üzbəüz yerləşən binanın pəncərələri sındırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə prezident seçkisində son durum: İlk açıqlama gəldi