Modern.az

Ceyhun Bayramov arxiyepiskopla danışıqlar apardı

Ceyhun Bayramov arxiyepiskopla danışıqlar apardı

26 May 2023, 22:35

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın iqamətgahı Türkiyə Respublikasının Ankara şəhəri olmaqla, Azərbaycan Respublikasındakı Apostol nunsisi arxiyepiskop Marek Solçinski ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan Vatikan münasibətləri, habelə Azərbaycan-Ermənistan sülh prosesinin cari vəziyyəti müzakirə olunub.

 

Azərbaycan ilə Vatikan arasında bir sıra istiqamətlərdə əməkdaşlıq layihələrinin, qarşılıqlı səfərlərin və dialoqun vacibliyi vurğulanıb.

 

Görüşdə post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq layihələri, bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə ölkəmiz tərəfindən atılan addımlar diqqətə çatdırılıb.

 

Arxiyepiskop Marek Solçinski Azərbaycanın müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəyliyin bərqərar olması naminə səylərini yüksək qiymətləndirib.

 

Görüşdə, tərəflər arasında həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?