Modern.az

Xalqımız Azərbaycanı İpək Yolundan silənləri dəstəkləmədi - Fuat Oktay

Xalqımız Azərbaycanı İpək Yolundan silənləri dəstəkləmədi - Fuat Oktay

Aktual

26 May 2023, 23:58

Türkiyənin vitse-prezidenti Fuat Oktay Ankara şəhərində yerləşən hoteldə Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən mərasimdə iştirak edib.

 

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Fuat Oktay Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən danışıb.

 

O, Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən bütün şəhidlərə Allahdan rəhmət diləyib: "Azərbaycan Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin dediyi kimi, “Bir kərə yüksələn bayraq bir daha enməz”. Heydər Əliyev tərəfindən qoyulmuş təməllər üzərində bu bayraq Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da ucalarda daşınacaqdır".

 

Vitse-prezident Türk dünyasının böyük mütəfəkkiri İsmayıl Qaspıralının “dildə, fikirdə, işdə birlik” şüarına uyğun olaraq iki ölkə arasında birlik və həmrəyliyin günü-gündən gücləndiyini diqqətə çatdırıb. O, xarici siyasətdən müdafiə sənayesinə, iqtisadiyyatdan ticarətə, nəqliyyatdan enerjiyə, ətraf mühitdən kənd təsərrüfatına qədər əməkdaşlığın artdığını, ikitərəfli ticarətin həcminin 6 milyard dolları, qarşılıqlı investisiyaların isə 30 milyard dolları keçdiyini bildirib.

 

F.Oktay Türkiyə və Azərbaycanın regionun sabitliyi üçün böyük layihələr həyata keçirdiyini vurğulayıb, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ərzurum Bakı-Tbilisi-Qars və TANAP kimi layihələri buna nümunə göstərib.

 

"Xalqımız ilk turda Azərbaycanı İpək Yolundan silən zehniyyəti dəstəkləmədi. Millətimiz Boraltan körpüsündə iztirablara səbəb olan zehniyyətin davamına “dur” dedi. Qardaşıq  zamana, vəziyyətə, şəraitə görə dəyişmir. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir", - o bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü