Modern.az

Ermənistan 2 hərbçisinin Azərbaycana keçdiyini TƏSDİQLƏDİ

Ermənistan 2 hərbçisinin Azərbaycana keçdiyini TƏSDİQLƏDİ

Aktual

27 May 2023, 00:26

Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisi ilə əlaqənin itdiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

Açıqlamada iddia edilir ki, mayın 26-da saat 19:00-dan etibarən guya Ermənistanın döyüş mövqelərini ərzaqla təmin edən 2 hərbi qulluqçu ilə rabitə əlaqəsi kəsilib. 

 

"Hərbçilərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir", - nazirlik qeyd edib.

 

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

 

Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

 

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir