Modern.az

Bu gün türk əsrinin ilk günü olacaq - Fahrettin Koca

Bu gün türk əsrinin ilk günü olacaq - Fahrettin Koca

Aktual

28 May 2023, 15:51

Türkiyənin səhiyyə naziri Fahrettin Koca prezident seçkilərinin ikinci turunda səs verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

 

“Türk əsri, xəstələri, qocaları, millətim və onun gələcək övladları üçün səs verdim. Təbrik edirik. İnşallah bu gün türk əsrinin ilk günü olacaq”,- deyo o bildirib.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. 

 

Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!