Modern.az

Ceyhun Bayramov Çavuşoğluna təbriklərini çatdırdı

Ceyhun Bayramov Çavuşoğluna təbriklərini çatdırdı

28 May 2023, 22:18

28 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğluna zəng vurub.

 

XİN-dən Modern.az-a bildirilib ki, nazir Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Cümhur İttifaqının səs çoxluğu ilə qətiyyətli qələbəsi münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb.

 

Azərbaycanla qardaş Türkiyə arasında strateji müttəfiqliyimizin daha da möhkəmlənəcəyinə, ikitərəfli və regional çərçivədə hərtərəfli əlaqələrimizin genişlənəcəyinə əminlik ifadə olunub.

 

Xarici işlər naziri Mövlud Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir