Modern.az

Türkiyənin bayramına biz də qoşuluruq - Qaribaşvili

Türkiyənin bayramına biz də qoşuluruq - Qaribaşvili

28 May 2023, 22:30

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

 

"Türk xalqı öz fikrini bildirib və biz də onun bayramına qoşuluruq. Biz Türkiyə ilə Gürcüstan arasında dostluq əlaqələrini və strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırıq", - Baş nazir vurğulayıb.

 

Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52%-nin dəstəyini qazanaraq növbəti dəfə prezident seçilib

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?