Modern.az

Ərdoğanın qələbəsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB 

Ərdoğanın qələbəsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB 

Aktual

29 May 2023, 00:32

Türkiyə Ali Seçim Qurumunun (YSK) sədri Ahmet Yener prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı açıqlama verib.

 

Modern.az xəbər verir ki, YSK sədri Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib.

 

Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs qazanıb. Ahmet Yener hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.

 

***

23:29

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,43 faiz açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.

 

O qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 52.14 faizinin səsini qazanaraq Türkiyə prezidenti seçilib.

 

Ahmet Yener nəticənin qəti olmadığını və yekun nəticənin daha sonra açıqlanacağını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir