Zelenskidən Ərdoğana: Əməkdaşlığın güclənməsinə ümid edirik 

Zelenskidən Ərdoğana: Əməkdaşlığın güclənməsinə ümid edirik 

28 May 2023, 23:41

Ukrayna Prezidenti Volodimir Zelenski Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə prezident tvitter hesabında bildirib.

 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edirik. Biz ölkələrimizin mənafeyi naminə strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, eləcə də Avropanın təhlükəsizliyi və sabitliyi naminə əməkdaşlığın güclənməsinə ümid edirik”, - təbrikdə deyilir.

 

Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52%-nin dəstəyini qazanaraq növbəti dəfə prezident seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ - Ordumuza təslim olmayan məşhur erməni polkovnik öldürüldü?