Modern.az

Müxalifəti harada səhv etdiyimizi düşünməyə dəvət edirəm - İnce

Müxalifəti harada səhv etdiyimizi düşünməyə dəvət edirəm - İnce

29 May 2023, 00:43

Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce prezident seçkilərinin ikinci turunda qələbə qazanan Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında paylaşım edib.

 

“Yenidən prezidentliyə seçilən cənab Rəcəb Tayyib Ərdoğanı təbrik edir, yığılıb qalmış problemlərin həllində ona uğurlar arzulayıram”, - İnce deyib.

 

Partiya sədri bildirib ki, tezliklə seçkinin nəticələri ilə bağlı ətraflı qiymətləndirmə edəcək: "Hələlik mən bütün müxalifəti harada səhv etdiyimizi düşünməyə dəvət edirəm".

 

Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52%-nin dəstəyini qazanaraq növbəti dəfə prezident seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir