Modern.az

Ərdoğanı təbrik edirəm - Müxalif partiya sədri

Ərdoğanı təbrik edirəm - Müxalif partiya sədri

29 May 2023, 00:54

Türkiyənin keçmiş xarici işlər naziri, DEVA Partiyasının sədri Ali Babacan seçkilərin ikinci turunda qələbə qazanan Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə o özünün "Twitter" hesabında məlumat yayıb.

 

Babacan qeyd edib ki, vətəndaşlarının 52%-i Ərdoğana üstünlük verib.

 

"Onu təbrik edirəm. Çağırışım odur ki, vətəndaşlarımızın ona verdiyi bu səlahiyyətdən prinsiplərdən kənara çıxmadan istifadə etsin", - Babacan bildirib.

 

Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52%-nin dəstəyini qazanaraq növbəti dəfə prezident seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir