Modern.az

Tanınmış alim Qara dənizlə bağlı həyəcan təbili çaldı

Tanınmış alim Qara dənizlə bağlı həyəcan təbili çaldı

Aktual

29 May 2023, 08:19

Türkiyəli alim, məşhur geoloq Osman Bektaş Qara dəniz yaxınlığında yaşayan sakinləri gözləyən təhlükədən danışıb.

 

Modern.az-ın məlumatına görə, Bektaş hesab edir ki, dənizin məhv olmasının qarşısını almaq və ya geri qaytarmaq mümkün deyil. Çünki qlobal istiləşmə onun strukturuna təsir edir.

 

Alimin sözlərinə görə, Qara dəniz üç qatdan ibarətdir. Onun dibində zəhərli qazlar yatır, ortada temperaturun səkkiz dərəcədən yüksək olmayan ara təbəqəsi var. Məhz o, kondisioner rolunu oynayır və yuxarıda oksigenlə zəngin, balıq və digər dəniz canlıları yaşayır.

 

Bektaş qlobal istiləşmə səbəbiylə orta “qoruyucu” təbəqənin incəlməyə başladığını açıqlayıb: “Zəhərli qazlarla zəngin olan alt təbəqə gələcəkdə üst təbəqə ilə qarışacaq və dənizə yaxın yaşayanları təhdid edəcək. Artıq bunu düzəltmək mümkün deyil”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi