Modern.az

Ərdoğanın qələbəsi Bakıda belə qeyd olundu - FOTOLAR

Ərdoğanın qələbəsi Bakıda belə qeyd olundu - FOTOLAR

29 May 2023, 08:35

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinin ikinci turunda qələbə qazanması Bakıda təntənəli şəkildə qeyd olunub.

 

Ərdoğanın qələbəsi Azərbaycanda coşqu ilə qarşılanıb. Sakinlər Azərbaycan və Türkiyə bayraqları ilə şəhərin mərkəzi meydanında qələbəni bayram kimi qeyd ediblər.

 

Xatırladaq ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52%-nin dəstəyini qazanaraq növbəti dəfə prezident seçilib.

 

Modern.az gecə saatlarında lentə alınan fotoları təqdim edir:

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı