Modern.az

ATƏT dağıla bilər

ATƏT dağıla bilər

29 May 2023, 09:14

Rusiya və Belarusun Estoniyanın sədrliyini təsdiq etmək istəməməsi səbəbindən ATƏT dağıla bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Pekka Haavisto bildirib.

 

“Əgər 2024-cü ildə sədr olmasa və bu məsələdə konsensus yoxdursa, gələn il ATƏT-in bir təşkilat kimi məhv edilməsi ili olacaq”, - Haavisto deyib.

 

Təşkilatın nizamnaməsinə əsasən, üzv ölkələr arasında rotasiya ilə seçilən sədrlik 57 üzv dövlətin hamısı tərəfindən təsdiqlənməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı