Modern.az

Əfqanıstan-İran qarşıdurmasının pərdəarxası məqamları

Əfqanıstan-İran qarşıdurmasının pərdəarxası məqamları

29 May 2023, 22:30

Əfqanıstandakı mücahidlərin İrana zərbə endirməsi Vaşinqton və Tel-Əvivin maraqlarına uyğundur.

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İran-Əfqanıstan qarşıdurmasını şərh edərkən deyib.

 

Onun fikrincə, ABŞ-ın vaxtilə Əfqanıstanda qoyub getdiyi silahların İrana qarşı istifadə edilməsi Vaşinqtonun "dərin planının" təkrib hissəsidir:

 

"Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra bir çox ölkə Kabillə əlaqələri kəsdi. Talibanın Əfqanıstanda tətbiq etdiyi sərt qadağalar beynəlxalq aləmin narazılığına səbəb oldu. Türkiyə Kabil hava limanının idarəetməsini öz boynuna götürəcəkdi, ancaq Talibanın qadınlara tətqib etdiyi qadağalar Ankaranı planlarından daşındırdı. Buna baxmayaraq, Talibanın İranla qarşıdurmaya başlaması bir sıra ölkənin əfqan mücahidələrinə yenidən marağı artırıb. ABŞ və İsrail illərdir İranı zəiflətməyə çalışır. Taliban ABŞ və İsrailin dostları siyahısında olmasa da, Əfqanıstandakı mücahidələrin İrana zərbələr endirməsi Vaşinqtonun və Tel-Əvivin maraqlarına uyğundur".

 

"ABŞ ordusu iki il əvvəl Əfqanıstanı tələsik tərk edərkən, bu ölkədə xeyli hərbi sursat və texnika qoyub getdi. Taliban indi bu silah və hərbi texnikadan İrana qarşı istifadə edir. Pentaqonun vaxtilə keçmiş düşmənlərinə qoyub getdiyi silah və hərbi texnikanın hazırda daha böyük düşməninə qarşı istifadə olunması Vaşinqtonun “dərin planının” tərkib hissəsi imiş", - politoloq əlavə edib.

 

Qeyd edək ki, Taliban döyüşçüləri canlı qüvvə və zirehli texnika ilə İranın sərhəd məntəqəsinə hücum edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir