Modern.az

Tələbələr teatr tamaşası nümaiş etdiriblər - FOTOLAR

Tələbələr teatr tamaşası nümaiş etdiriblər - FOTOLAR

Aktual

30 May 2023, 10:20

Gəncə Dövlət Universitetinin tələbələri Gəncə şəhər Heydər Əliyev Mərkəzində teatr tamaşası nümayiş etdiriblər.

 

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tamaşa görkəmli nasir və dramaturq İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi  əsasında hazırlanıb.

 

Tamaşadan öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.

 

Tədbirin rəsmi hissəsində universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva,  Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə çıxış edərək “Heydər Əliyev İli” çərçivəsində ali təhsil ocağında keçirilən silsilə tədbirlərdən danışıblar.

 

Qeyd edilib ki, Gəncə Dövlət Universitetində tələbələrin təhsil və elmi fəaliyyəti ilə yanaşı, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə və yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılmasına  xüsusi önəm verilir.

 

Çıxışlardan sonra tələbələrin yüksək peşəkarlıqla təqdim etdikləri tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi