Modern.az

Kosmik obyektlərin qeydiyyata alınma QAYDASI

Kosmik obyektlərin qeydiyyata alınma QAYDASI

30 May 2023, 12:32

Kosmik obyektlərin dövlət qeydiyyatına alınması qaydası müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsində qeyd olunub.

 

Qanun layihəsinə görə, Kosmik fəaliyyət subyektlərinin kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada Reyestrdə qeydiyyata alınmalıdır.

 

Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Eyni zamanda kosmik fəzada olan kosmik obyektin bu Qanunun tələblərinə əməl etməklə özgəninkiləşdirilməsinə, dövlət mülkiyyətində olan kosmik obyektlərin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özəlləşdirilməsinə, istismara yararsız hala düşmüş və məhv olmaya qarşı tam sığortalanmış kosmik obyektlər üzərində mülkiyyət hüququnun sığorta müqaviləsində nəzərdə tutulduğu halda sığorta ödənişi müqabilində sığortaçılara keçməsinə yol verilir.

 

- Azərbaycan Respublikasının ərazisində aşkar edilmiş kosmik obyekt üzərində mülkiyyət hüququ Müqaviləyə və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun müəyyən edilir.

 

- Reyestrdə qeydiyyata alınmış kosmik obyektlərə, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmasına dair məlumatlar milli kosmik operator tərəfindən Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim edilir.

 

Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra ilk oxunuşda qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi