Modern.az

Gömrük sərhəd-buraxılış məntəqələri yenilənir

Gömrük sərhəd-buraxılış məntəqələri yenilənir

30 May 2023, 12:58

Gömrük sərhəd-buraxılış məntəqələrinin yenilənməsi üçün tədbirlər görülür. Yenidənqurma işlərindən biri də "Xanoba" dövlət sərhədində buraxılış məntəqəsində aparılıb. 

 

Modern.az xəbər verir ki, bunu jurnalistlər üçün təşkil olunmuş mediaturda Dövlət Gömrük Komitəsinin (DGK) şöbə rəisi Cəfər Quluzadə bildirib.

 

DGK rəsmisi "Xanoba" dövlət sərhədində buraxılış məntəqəsində aparılan yenidənqurma işləri ilə bağlı məlumat verib.

 

Qeyd edib ki, gömrük-sərhəd buraxılış məntəqəsində 13 hərəkət zolağı salınıb. Bunlardan 6-sı nəqliyyat vasitələri - 3 zolaq yük maşınları, digər 3 zolaq isə minik maşınları üçün nəzərdə tutulub.

 

Onun sözlərinə görə, yeni buraxılış məntəqəsində bir gündə 550 yük, 1000 minik maşının və 30 ədəd avtobusun yoxlanıb buraxılma imkanı var. Bundan başqa, yük maşınlarının alt hissəsini çəkmək üçün xüsusi kameralar quraşdırılıb. Bununla yanaşı, sürücülər nəqliyyat vasitəsini tərk etmədən pasport yoxlanışından keçə bilər.

 

Cəfər Quluzadə əlavə edib ki, Gürcüstanda yeni gömrük sərhəd-buraxılış məntəqəsinin hazırlanması ilə bağlı iş aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır