Modern.az

Uşaqların Bayramını ADY-də qeyd etdilər - FOTOLAR

Uşaqların Bayramını ADY-də qeyd etdilər - FOTOLAR

1 İyun 2023, 09:48

“Azərbaycan Dəmir Yolları” QSC Bakı Dəmiryol Vağzalında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mən dəmiryolçu övladıyam!” adlı tədbir təşkil edib. ADY-nin təşəbbüsü ilə keçirilən tədbirdə ilk dəfə olaraq dəmiryolçu övladları valideynlərinin iş yerləri, o cümlədən vağzal və qatarların iş prinsipi ilə tanış olmaq imkanı qazanıblar.

 

Modern.az xəbər verir ki, uşaqların yüksək texnologiyalara olan marağı nəzərə alınaraq tədbir çərçivəsində Bakı Dəmiryol Vağzalında pilotsuz uçuş aparatları, planer, roboteks sahələrinə aid guşələr hazırlanıb.

 

Eyni zamanda, onlar gənc cüdoçuların tatami üzərində məşqlərini izləməklə yanaşı, bu idman növü haqqında məlumat da əldə ediblər. Əlavə olaraq bədii qiraətə marağın artırılması istiqamətində tanınmış nağıl müəllifləri ilə görüşlər təşkil olunub, animatorların iştirakı ilə maraqlı oyunlar keçirilib.

 

Tədbirin keçirilməsində Milli Aviasiya Akademiyasının “Teknofest-2022” festivalının qaliblərinin, ‘’AzeRobot Education’’ Robototexnika tədris mərkəzinin və Azərbaycan Cüdo Federasiyasının iştirak etməsi bayramın yadda qalan olmasına xüsusi töhfə verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı