Modern.az

Öhdəlikləri yerinə yetirmək vacibdir - Şarl Mişel

Öhdəlikləri yerinə yetirmək vacibdir - Şarl Mişel

1 İyun 2023, 21:52

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kişineuda keçirilən beştərəfli görüş barədə paylaşım edib.

 

Modern.az xəbər verir ki, o, özünün "Twitter" hesabında görüş zamanı geniş müzakirələrin aparıldığını bildirib.

 

“Praqa və Brüssel görüşlərindən sonra biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün elementlərini müzakirə etməyə davam etdik", - Mişel vurğulayıb.

 

O qeyd edib ki, öhdəlikləri yerinə yetirmək vacibdir:

 

“Biz həmçinin iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüşü də müzakirə etdik. Oktyabrda Qranadada Avropa Siyasi Birliyi sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Almaniya və Fransa liderləri ilə müzakirələrin davam etdirilməsi təklifini təsdiqlədik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü