Modern.az

Zelenski İlham Əliyevə təşəkkür etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

1 İyun 2023, 22:06

Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirib.

 

Modern.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə bunun çox yüksək qiymətləndirildiyini deyib.

 

Söhbət zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi