Modern.az

BSU-da imtahan sessiyası başlayıb - FOTOLAR

BSU-da imtahan sessiyası başlayıb - FOTOLAR

2 İyun 2023, 17:22

İyunun 1-dən Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası ənənəvi formada başlayıb.

 

Modern.az xəbər verir ki, BSU-da ilk dəfə olaraq əsas tədris binasında keçirilən imtahanalar mərkəzləşdirilmiş qaydada təşkil olunub. 400 tələbə eyni vaxtda bir zalda imtahan verəcək. İmtahan keçirilən zalda imtahanın başlama və bitmə saatlarını göstərən monitorlar yerləşdirilib.

 

İmtahan sessiyası Azərbaycan Respublikası elm və təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 17.05.2023 tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaz semestrinin imtahan sessiyası 6 iyuladək davam edəcək.

 

İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib.

 

Hər fənn üzrə tələbələrin giriş balları fakültələrdə müvafiq lövhələrdə asılıb. 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həllini təmin etmək məqsədilə universitet rəhbərliyinin, universitetdə fəaliyyət göstərən valideyn şuralarının, tələbə gənclər təşkilatlarının, mətbuat nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir