Modern.az

Ankarada üçtərəfli görüşün keçirilməsi yerinə düşərdi - Politoloq

Ankarada üçtərəfli görüşün keçirilməsi yerinə düşərdi - Politoloq

2 İyun 2023, 18:08

Kişineuda keçirilən beştərəfli görüşdən sonra Ankarada üçlü formatda görüş yerinə düşərdi.

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb.

 

Onun fikrincə, İrəvanda erməni terrorçularına qoyulan abidə Türkiyə ilə normallaşma prosesinə mənfi təsir göstərib.

 

"Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək. Paşinyan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. Bunu istəyərkən İrəvanda erməni terrorçularına qoyulan abidə gedişata mənfi təsir edib. Paşinyan üçün həmin abidəni götürmək çətin olmamalıdır, necə ki, İrəvan metrostansiyalarının birinin girişində “Böyük Ermənistan” xəritəsini siliblər. Xəritəni silən abidəni də götürə bilər. Paşinyan yerli radikallardan çəkinməsəydi, Ankarada Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə üçlü görüş də reallaşa bilərdi. Kişinyovda Fransa və Almaniyanın iştirakı ilə “beşli formatda” keçirilən görüşdən sonra Ankarada “üçlü formatda” keçirilən görüş yerinə düşərdi", - politoloq vurğulayıb.

 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmaq üçün Ankaraya gedəcək.

Bu xəbər ilə bağlı
Paşinyan Ərdoğanın andiçməsinə gedəcək
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir