Ərdoğan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ 

Ərdoğan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ 

3 İyun 2023, 19:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində danışıb.

 

"Dəyərli qardaşım, Azərbaycan Prezidentinə “xoş gəldin!” deyir, təşəkkür edirəm", - o deyib.

 

O, mərasimə qatılan Özbəkistan, Venesuela, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər dövlət başçılarına, Pakistan Baş naziri və NATO Baş katibinə də xüsusi təşəkkür edib.

 

“Mərasimə qatılan hər kəsə xüsusi təşəkkür edirəm”, - Ərdoğan bildirib.

 

Türkiyə lideri sonda "Cümhur İttifaqı"na daxil olan partiya sədrlərinə, ATA İttifaqının namizədi Sinan Oğana minnətdarlıq edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ - Ordumuza təslim olmayan məşhur erməni polkovnik öldürüldü?