Modern.az

Hacıqabulda su təsərrüfatı işçilərinin peşə günü qeyd edilib - FOTOLAR

Hacıqabulda su təsərrüfatı işçilərinin peşə günü qeyd edilib - FOTOLAR

Aktual

5 İyun 2023, 10:48

İyunun 5-də Hacıqabul rayonunda ”5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd edildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi iştirak edib.

 

Modern.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul nümayəndələri, Dövlət Su Ehtiyatları Agentliyinin işçiləri ilə birlikdə Ulu Öndərin xatirəsinə ucalan abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.

 

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Dövlət Su Ehtiyatları Agentliyinin kollektivini ”5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü”  münasibəti ilə təbrik edib və onlara işlərində uğurlar arzulayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü