Modern.az

Goranboyda əmək yarmarkası təşkil olunub - FOTOLAR

Goranboyda əmək yarmarkası təşkil olunub - FOTOLAR

Aktual

5 İyun 2023, 11:03

Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının və Goranboy rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə Goranboy şəhəri Olimpiya İdman Kompleksində 20 müəssisənin iştirakı ilə əmək yarmarkası keçirilidi.

 

Əmək yarmarkasında Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının direktoru Elməddin Qurbanov, əlaqədar idarə, müəssisə və təşkilatların nümayəndələri və işaxtaran vətəndaşlar  iştirak etdilər.

 

Yarmarka çərçivəsində, ümumilikdə 170 nəfər iştirak etdi və  işlə təmin olunmaları üçün müraciət edən  100  nəfərin müvafiq sənədləri qəbul olunaraq, qeydiyyata alındı.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü