Avtovağzalın qarşısında oğurluq edən şəxs tutuldu

Avtovağzalın qarşısında oğurluq edən şəxs tutuldu

5 İyun 2023, 11:25

Mayın 31-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında Bakı şəhər sakini olan bir nəfərin çantasından 500 manat və 4000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Elvin Namazov müəyyən olunaraq saxlanılıb. 

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə ermənilər silahlandırılır-ORDUMUZ isə lazım olanı edir