Modern.az

Vilayət Eyvazov AŞPA həmməruzəçiləri ilə görüşdü 

Vilayət Eyvazov AŞPA həmməruzəçiləri ilə görüşdü 

Aktual

5 İyun 2023, 18:48

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iyunun 5-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və xanım Liz Kristofersen ilə görüşüb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin mövcudluğundan danışan nazir qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır.

 

Daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, beynəlxalq təcrübənin öyrənilməsi sahəsində görülən işlər sistemli şəkildə həyata keçirilir.

 

Polis orqanlarının müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun təşkil edildiyi, hökumət, eləcə də qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində sərbəst və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şərait yaradıldığı diqqətə çatdırılıb.

 

Həmməruzəçilər insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə verdiyi əhatəli məlumata görə Vilayət Eyvazova minnətdarlıqlarını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?