Modern.az

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən təlimdə - FOTOLAR

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən təlimdə - FOTOLAR

Aktual

5 İyun 2023, 20:24

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Əvvəlcə təlimin ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

 

Qeyd edək ki, cari ilin iyun ayının 16-na qədər davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?