Modern.az

Yerin müşahidəsi üzrə müsabiqə qalibləri mükafatlandırıldı - FOTO

Yerin müşahidəsi üzrə müsabiqə qalibləri mükafatlandırıldı - FOTO

Aktual

5 İyun 2023, 21:59

Azərbaycanın Kosmik Agentliyi “Azərkosmos”un təşəbbüsü ilə iyunun 5-də Yerin müşahidəsi üzrə müsabiqənin mükafatlandırılması mərasimi keçirilib.

 

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2022-ci ilin noyabr ayına qədər qeydiyyatdan keçən iştirakçılar bu il fevralın sonunadək layihələrini təsdiq ediblər. Finala 593 iştirakçıdan 27-si yüksəlib. Münsiflər heyəti onların sırasından qalibləri seçib:

 

I yer – Fəryad Əhmədov, “Buzlaq sahələrinin dəyişmə dinamikasının təhlili” layihəsi – 5000 AZN;

 

II yer – Bəxtiyar Əzizov, “Azersky peyk təsvirləri əsasında Şəki rayonunda payızlıq taxıl məhsulunun proqnozlaşdırılması” layihəsi – 3000 AZN;

 

III yer– Fazil İsmayılov, “Azərbaycan Respublikası ərazisində peyk və peykaltı optik müşahidələr əsasında ətraf mühitin məsafədən monitorinqi və nəzarət sisteminin işlənməsi” layihəsi – 1500 AZN.

 

Tədbirdə çıxış edən “Azərkosmos”un sədr müavini Dunay Bədirxanov Azərbaycanın dünya kosmik sahəsinin aktiv üzvü olması ilə yanaşı, beynəlxalq kosmik arenada da mühüm fəaliyyətini vurğulayıb.

 

Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin direktoru İsmət Baxışov həyata keçirilən layihələr üzrə fəaliyyətlər barədə məlumat verib.

 

2016-cı ildən etibarən “Azərkosmos” tərəfindən keçirilən Yerin müşahidəsi üzrə müsabiqənin əsas məqsədi ölkəmizdə elmi fəaliyyəti təşviq etmək, sosial-iqtisadi inkişafı dəstəkləmək, eyni zamanda, Yerin müşahidəsi xidmət və həllərinin müxtəlif sahələrdə tətbiq potensialını tanıtmaqdan ibarətdir. Müsabiqədə 18 yaşdan yuxarı, elmi tədqiqatla məşğul olan hər kəsin iştiraketmə şansı var. İştirakçıların işlədiyi sahə və təcrübəsi ilə bağlı xüsusi bir tələb yoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir