Modern.az

Rəşad Nəbiyev Naxçıvanda səfərdə olub - FOTO

Rəşad Nəbiyev Naxçıvanda səfərdə olub - FOTO

Aktual

8 İyun 2023, 17:48

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

 

Modern.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini və adını daşıyan muzeyi ziyarət edib.

 

Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. Görüş zamanı ölkədə İKT və nəqliyyat sahələrinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə danışılıb.

 

Səfər çərçivəsində nümayəndə heyəti muxtar respublikadakı sahəvi qurum və şirkətlərin fəaliyyəti ilə tanış olub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü