Modern.az

Köpəkbalığı rus turisti öldürdü - Anbaan görüntülər

Köpəkbalığı rus turisti öldürdü - Anbaan görüntülər

Aktual

8 İyun 2023, 22:31

Misirin Hurqada bölgəsində köpəkbalığı rus turistə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə "CNN Türk" kanalı məlumat yayıb.

 

Bildirilir ki, hücum zamanı turist qışqıraraq kömək istəsə də, heç kim ona yardım edə bilməyib. Adı açıqlanmayan Rusiya vətəndaşı hücum nəticəsində həyatını itirib. Hadisədən sonra təhlükəsizlik qüvvələri köpəkbalığını yaxalayıb və rus turistin cəsədi sudan çıxarılıb.

 

Rusiyanın Hurqadadakı Konsulluğu məlumatı təsdiq edib və ölən şəxsin ailəsinə başsağlığı verib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır