Modern.az

Yeni səfirimiz Kiyevə getdi, etimadnaməsini təqdim etdi

Yeni səfirimiz Kiyevə getdi, etimadnaməsini təqdim etdi

Aktual

9 İyun 2023, 22:27

Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsinin surətini Ukraynanın xarici işlər nazirinin müavini Yevgeni Perebyinisə təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyi feysbuk hesabında məlumat yayıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 23-də imzaladığı Sərəncamla Seymur Qurban oğlu Mərdəliyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok