Taksilərlə bağlı hansı yeniliklər tətbiq olunacaq? - VİDEO

Taksilərlə bağlı hansı yeniliklər tətbiq olunacaq? - VİDEO

10 İyun 2023, 01:15

Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar müəyyənləşəcək.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisə “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər layihəsi daxil olub.

 

Deputat Rüfət Quliyev layihənin parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iyunun 12-də keçiriləcək iclasında müzakirə olunacağını deyib. O qeyd edib ki, qaydaların dəyişməsini aktuallaşdıran ən ciddi məsələlərdən biri təhlükəsizliklə bağlıdır.

 

“Taksi şirkətlərinin çox olması qiymət siyasətinə də təsir edir”, - deyən Rüfət Quliyevin fikrincə, gediş haqqı məsələsinə dövlət nəzarəti olmalıdır.

 

Onun sözlərinə görə, yeni qaydalarda vahid qiymət siyasətinin tətbiqinə toxunulmur və burada məcburiyyət ola bilməz. 

 

Daha ətraflı videoda:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ - Ordumuza təslim olmayan məşhur erməni polkovnik öldürüldü?