Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana rəsmi səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər 14-15 iyun tarixlərində baş tutacaq.
***
Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri gözlənilir.
Bu barədə Modern.az-a diplomatik mənbədən məlumat daxil olub.
Səfərin dəqiq tarixi açıqlanmasa da, yaxın günlərdə baş tutacağı bildirilir.
Məlumata görə, Şahbaz Şərifin Azərbaycana səfəri zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.