Modern.az

Nəticələr açıqlananda şoka düşmədim - Magistr imtahanının birincisi

Nəticələr açıqlananda şoka düşmədim - Magistr imtahanının birincisi

13 İyun 2023, 17:38

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına iyunun 11-də keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələrini açıqlayıb. İmtahanda maksimum nəticə - 100 bal toplayan olmayıb.

 

Ən yüksək göstərici 99 bal təşkil edib. Bu uğura Bakı Ali Neft Məktəbinin məzunu Abiyev Anar Mərhəmət oğlu imza atıb.

 

İmtahanla bağıı təəssüratlarını Modern.az-la bölüşən Anar Abiyev yüksək bal toplayacağına əminliyini ifadə edib. 

 

"Yüksək nəticə əldə etməyi gözləyirdim. Bakalavr təhsilimi Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə bitirmişəm. Birinci magistr imtahanında 96 bal yığmışdım. İkinci imtahana isə bu nəticəni yüksəltmək üçün girdim və bunu bacardım. Açığı, yüksək nəticə əldə etməyi gözləyirdim. İmtahan nəticələri açıqlananda şoka düşmədim. Ancaq təbii ki, nəticəni görəndə sevindim",- deyə o bildirib.


A.Abiyevin sözlərinə görə, ikinci magistratura imtahanında məntiq sualları digərlərinə nisbətən çətin olub:

 

"Hər iki imtahana ciddi hazırlaşmışam. İmtahanda yüksək nəticə əldə etmək üçün kursda hazırlıq prosesi keçmişəm. İmtahan başlayanda həyəcan yox idi, özümü rahat hiss edirdim. Çünki yaxşı nəticə əldə edəcəyimi bilirdim. İkinci imtahanda suallar çətin idi. Xüsusilə, məntiqdən olan suallar birinci imtahana nisbətən çətin idi. Digərlərini isə normal qiymətləndirirəm".

Bu xəbər ilə bağlı
Magistraturada ən yüksək balı o TOPLAYIB
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu