Modern.az

Yay Azərbaycana nə vaxt daxil olacaq?

Yay Azərbaycana nə vaxt daxil olacaq?

17 İyun 2023, 21:42

Yay fəsli Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.

 

Bildirilib ki, yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq.

 

Məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının düşmə istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur.

 

Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 11 saniyə olacaq.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu