Modern.az

Maşın dayanacağa çırpıldı - ÖLƏNLƏR VAR

Maşın dayanacağa çırpıldı - ÖLƏNLƏR VAR

2 İyul 2023, 20:52

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə, Beyləqan rayonunda (Beyləqan-Daşburun avtomobil yolunun 11-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

"Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Daewoo” markalı minik avtomobili yol kənarındakı avtobus dayanacağına çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza