Modern.az

Türkiyə təhlükəzliyin təmin olunmasının tərəfdarıdır - Hakan Fidan

Türkiyə təhlükəzliyin təmin olunmasının tərəfdarıdır - Hakan Fidan

Aktual

5 İyul 2023, 10:56

Türkiyə qlobal dünyada təhlükəzliyin təmin olunmasının tərəfdarıdır.

 

Modern.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısında çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. 

 

“İlk olaraq Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Şurasında iştirak etməkdən məmnunluq duyuram. Türkiyə qlobal çağırışlara cavab verərək dünyada təhlükəsizliyin təmin olmasında maraqlıdır. Bu gün Türkiyə iqlim dəyişikliyi, terrorla mübarizəyə xüsusi diqqət yetirir”, - deyə XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!