Modern.az

Qonşusunu öldürən şəxs könüllü təslim olub - Prokurorluq

Qonşusunu öldürən şəxs könüllü təslim olub - Prokurorluq

5 İyul 2023, 14:10

İyulun 5-i saat 12 radələrində 1989-cu il təvəllüdlü Şahmar Kərimovun ölməsi barədə Göyçay rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a rayon prokurorluğundan bildirilib. 

 

Aparılan araşdırmalarla 1984-cü il təvəllüdlü Abbas Əliyevin qonşusu Şahmar Kərimovu aralarında yaranmış mübahisə zamanı Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb. 

 

Abbas Əliyev hadisəni törətdikdən sonra istintaqa könüllü təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!