Modern.az

Anar Əsədli ev dustaqlığına buraxıldı

Anar Əsədli ev dustaqlığına buraxıldı

5 İyul 2023, 17:28

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ev dustaqlığına buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

 

Məlumata görə, Anar Əsədli barəsində həbs qətimkan tədbiri dəyişdirilərək, onun ev dustaqlığına buraxılmasına qərar verilib.

 

Qeyd edək ki, A.Əsədli aprelində həbs olunmuşdu. Partiya sədri dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar