Modern.az

Dərman qıtlığının səbəbi nədir? - RƏSMİ AÇIQLAMA

Dərman qıtlığının səbəbi nədir? - RƏSMİ AÇIQLAMA

Aktual

6 İyul 2023, 12:38

“Dərman qıtlığının əsas səbəblərindən biri beynəlxalq bazarda baş verən qeyri-stabillikdir”.

 

Modern.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin növbədənkənar sessiyasının iclasında bildirib.

 

“Bəzən istehsalçılar öz öhdəliklərini qismən və ya ümumiyyətlə icra etmir. Bundan başqa, qüvvədə olan tənzimlənməyə dair qanunverciliyin günün tələblərinə cavab verməməsi də əsas amillərdəndir. Son zamanlar bu sahədə baş verən stabilləşmə yerli idxalçıların işinə müsbət təsir edir”, - deyə nazir müavini vurğulayıb.

Bu xəbər ilə bağlı
Ölkədə dərman qıtlığı var - Deputatlar məsələ qaldırdı
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı