Modern.az

Azərbaycanda hər 10 min nəfərə 16 mənzil düşür

Azərbaycanda hər 10 min nəfərə 16 mənzil düşür

Aktual

7 İyul 2023, 10:16

Əhalinin hər 10.000 nəfərinə düşən mənzillərin sayı MDB ölkələri üzrə xeyli fərqlənir. Ən yüksək göstərici Belarus (49) və Qazaxıstanda (62) olduğu halda Azərbaycanda bu göstərici 2018-ci ildə 16,6 mənzil təşkil edib.


Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi (STM), Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə təşkil etdiyi "Tikinti Sektoru Subyektləri arasında vahid müqavilə formalarının tətbiqi və bu sahədə mübahiselərin mədiasiya vasitəsi ilə həlli tətbiqi" mövzusuna konfransda çıxış edən STM rəhbəri Zahid Oruc deyib.

 

Onun sözlərinə görə, rəqəmlər arasında kəskin fərqin olmasının səbəblərindən biri də mənzil və yaşayış fondlarının qeydiyyatının başa çatmamasıdır.

 

"Daşınmaz əmlakın qetdiyyatı problemi prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. 2011-ci ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirə və daha sonra qəbul edilən sərəncamlar deyilənlərə sübutdur. Nəticədə daşınmaz əmlakın dövlət reyestri barədə yeni qanun qəbul olundu və qeydiyyat sahəsində vəziyyət xeyli dəyişdi. İqtisadiyyat Nazirliyinin məlumatına görə, həmin qərarlardan sonra 100 minə qədər ev və mənzil hüquqi aktla təmin olunub. 2022-ci ildə Azərbaycan ərazisində 49 min evin, 94 min mənzilin mülkiyyət hüququ təsdiqlənib",- deyə STM rəhbəri bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi